...

Azərbaycanın Hindistanda və İndoneziyada yeni səfirləri təyin edilib

Siyasət Materials 15 Sentyabr 2011 19:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Tamerlan Elmar oğlu Qarayevin Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanın Hindistanda və İndoneziyada yeni səfirləri təyin edilib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Tamerlan Elmar oğlu Qarayevin Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Qarayev Azərbaycan Respublikasının Hindistan, Şri Lanka, Nepal, Maldiv və Banqladeşdə fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev İbrahim Əsəd oğlu Hacıyevin Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Hacıyev Azərbaycan Respublikasının İndoneziya, Timor-Leste, Filippində fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Xəbər lenti

Xəbər lenti