...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Vaşinqtonun milli maraqlarına uyğundur - Pentaqon

Siyasət Materials 16 Sentyabr 2011 11:18 (UTC +04:00)
Rusiya Cənubi Qafqaz regionunda müəyyən rol oynayacaq, lakin heç bir ölkə regionda üstün təsirə malik olmamalıdır.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Vaşinqtonun milli maraqlarına uyğundur - Pentaqon

ABŞ, Vaşinqton, 16 sentyabr /Trend, xüsusi müxbir M.Assanova/

Rusiya Cənubi Qafqaz regionunda müəyyən rol oynayacaq, lakin heç bir ölkə regionda üstün təsirə malik olmamalıdır. Trend-in məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin Rusiya, Ukrayna və Avrasiya üzrə direktoru Cennifer Uolş ABŞ-da Cənubi Qafqaz ölkələrinin müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfransda bildirib.

"Biz Rusiyanın bu mövqeyi ilə razı deyilik", - Uolş Vaşinqtonda (Kolumbiya dairəsi) Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən konfransda bildirib.

O qeyd edib ki, ABŞ Müdafiə Nazirliyi Cənubi Qafqaz ölkələrinin hər birinin siyasi seçiminə hörmə edir.

"Biz Azərbaycanın NATO ilə əməkdaşlıq etmək seçiminə hörmət edirik və Gürcüstanın NATO-ya daxil olmaq cəhdlərini alqışlayırıq. Bu hüquq beynəlxalq hüquqda nəzərdə tutulub", - o deyib.

Uolş bildirib ki, ABŞ-ın təhlükəsizlik maraqları üçün Cənubi Qafqaz regionunun vacibliyi onun İranla və kütləvi qırğın silahlarının mümkün tədarükçü olan dövlətlərlə coğrafi yaxınlığına əsaslanır. Onun sözlərinə görə, Cənubi Qafqaz NATO-nun Əfqanıstandakı hərbi əməliyyatlarının dəstəklənməsi üçün logistikada mühüm rol oynayır.

"Bu region həm də mühüm enerji istehsalçısı və onun Avropaya tədarükçüsüdür", - Uolş deyib.

Birləşmiş Ştatlar hesab edir ki, sabitliyə və münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım Vaşinqtonun milli marağındadır.

O hesab edir ki, Cənubi Qafqaz daha geniş Avroatlantik məkanın bir hissəsidir və regiondakı hər bir ölkə Avroatlantik institutlara sərbəst qoşulmaq hüququna malikdir.

Pentaqonun nümayənadəsi Amerikanın Azərbaycanla hərbi-texniki əməkdaşlığı kontekstində bildirib ki, ölkənin Müdafiə Nazirliyinin fəaliyyəti hərbi müəssisələrdə islahatlara, eləcə də enerji infrastrukturlarının mühafizəsinin təmin olunmasına yönəlib.

Xəbər lenti

Xəbər lenti