...

Azərbaycan Parlamentinin deputatı Türkiyəyə gedir

Siyasət Materials 17 Sentyabr 2011 15:46 (UTC +04:00)
Milli Məclisin deputatı Qənirə Paşayeva Bursa Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi II Böyük Rumeli Balkan adlı tədbirdə iştirak etmək üçün sentyabrın 17-18-də Türkiyənin Bursa şəhərində səfərdə olacaq
Azərbaycan Parlamentinin deputatı Türkiyəyə gedir

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, M.Əliyev/

Milli Məclisin deputatı Qənirə Paşayeva Bursa Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi II Böyük Rumeli Balkan adlı tədbirdə iştirak etmək üçün sentyabrın 17-18-də Türkiyənin Bursa şəhərində səfərdə olacaq. Bu barədə şənbə günü Trend-ə Milli Məclisdən məlumat verilib.
Məlumata görə, Bursanın Atatürk stadionunda türkdilli ölkələrin milllət vəkillərinin, hökumət nümayəndələrinin, ziyalılarının və elm adamlarının iştirakı ilə keçiriləcək bu tədbirdə millət vəkili Qənirə Paşayeva çıxış edəcək.

Deputat öz çıxışında Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü, bu illər ərzində ölkəmizin keçdiyi inkişaf yolu, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vandalizm aktları barədə geniş məlumat verəcək, türkdilli ölkələrin problemlərinin həllində daha sıx birləşmənin vacibliyindən danışacaq.

Xəbər lenti

Xəbər lenti