...

İlham Əliyev Malta Prezidentini təbrik edib

Siyasət Materials 20 Sentyabr 2011 19:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Corc Abelaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Malta Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Corc Abelaya təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.

Əminəm ki, Azərbaycan-Malta münasibətlərinin inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin möhkəmlənməsi və genişlənməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Corc Abelaya möhkəm cansağlığı, işlərində uğurlar, dost Malta xalqına sülh və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti