...

İlham Əliyev Əfqanıstanın Prezidentinə başsağlığı verib

Siyasət Materials 22 Sentyabr 2011 17:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstanın Prezidenti Həmid Kərzaiyə başsağlığı verib
İlham Əliyev Əfqanıstanın Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Əfqanıstanın Prezidenti Həmid Kərzaiyə başsağlığı verib.

"Əfqanıstanın Ali Sülh Şurasının Sədri, ölkənizin keçmiş Prezidenti, görkəmli dövlət xadimi Burhanuddin Rəbbaninin terror aktı nəticəsində həlak olması xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm" Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev başsağlığı məktubunda bildirib.

Xəbər lenti

Xəbər lenti