...

İsrail və Türkiyə qırıcıları təhlükəli məsafədə uçuş həyata keçiriblər

Siyasət Materials 22 Sentyabr 2011 18:33 (UTC +04:00)
Kipr tərəfinin karbohidrogen kəşfiyyatı üzrə işlər apardığı platforma üzərindəki hava məkanında İsrail və Türkiyənin F-16 qırıcıları bir-birilərinə çox yaxın məsafədə uçuşlar həyata keçiriblər ki, bu da toqquşmaya səbəb ola bilərdi.
İsrail və Türkiyə qırıcıları təhlükəli məsafədə uçuş həyata keçiriblər

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Çərşənbə günü Kipr tərəfinin karbohidrogen kəşfiyyatı üzrə işlər apardığı platforma üzərindəki hava məkanında İsrail və Türkiyənin F-16 qırıcıları bir-birilərinə çox yaxın məsafədə uçuşlar həyata keçiriblər ki, bu da toqquşmaya səbəb ola bilərdi. Trend-in məlumatına görə, bu barədə "Milliyyət" qəzeti Kipr telekanalı Sigma TV-yə istinadən yazır.

Dünən Aralıq dənizindəki "Afrodit" platformasında ABŞ-ın "Noble Energy" şirkəti tərəfindən aparılan karbohidrogen axtarışları üzrə qazma işlərinin ilkin mərhələsi başa çatıb.

Yerli energetika şirkətinin rəhbəri Solon Kasinis bəyanat verib ki, qazma işlərinin ilkin mərhələsi 70-80 metr dərinlikdə aparılıb. Onun sözlərinə görə, şirkət 5800 metrə qədər dərinlikdə quyular qazmağa hazırlaşır ki, buna 73 gün vaxt lazımdır.

Türkiyə dəfələrlə bu işlərin aparılmasına öz qəti etirazını ifadə edib və Kiprin karbohidrogenlərin işlənməsi planlarından əl çəkməsini tələb edib.

Avropa İttifaqı Aralıq dənizinin şərqində qaz və neft kəşfiyyatı məsələsində Türkiyəni "hədələməkdən çəkinməyə" çağırıb.

Xəbər lenti

Xəbər lenti