...

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını və Krallığın Vəliəhdini təbrik edib

Siyasət Materials 22 Sentyabr 2011 18:48 (UTC +04:00)
İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səuda və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş Şahzadə Sultan bin Əbdüləziz Al Səuda təbrik məktubları ünvanlayıb.
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını və Krallığın Vəliəhdini təbrik edib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səuda və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş Şahzadə Sultan bin Əbdüləziz Al Səuda təbrik məktubları ünvanlayıb.

"Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızın mənəvi birliyindən güc alan dövlətlərarası münasibətlərimizin və dostluq əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik", - Səudiyyə Ərəbistanının Kralına ünvanlanan təbrikdə deyilir.

İlham Əliyev Abdullah bin Əbdüləziz Al Səuda möhkəm cansağlığı, işlərində uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

"Ölkənizin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına sülh və rifah diləyirəm", - Krallığın Vəliəhdinə ünvanlanan təbrikdə bildirilir.

Xəbər lenti

Xəbər lenti