...

BMT-nin baş katibi dünyanı turizmə daha tolerant faktor kimi dəyər verməyə çağırıb

Siyasət Materials 26 Sentyabr 2011 10:42 (UTC +04:00)
Turizmə daha tolerant, açıq və vahid bir dünyanın formalaşmasına kömək edən faktor kimi dəyər verək. Trend-in məlumatına görə, bunu BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya Turizm Günü münasibətilə dünya ölkələrinə müraciətində deyib.
BMT-nin baş katibi dünyanı turizmə daha tolerant faktor kimi dəyər verməyə çağırıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

BMT-nin baş katibi dünyanı turizmə daha tolerant, açıq və vahid bir dünyanın formalaşmasına kömək edən faktor kimi dəyər verməyə çağırıb.

Trend-in məlumatına görə, BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya Turizm Günü münasibətilə dünya ölkələrinə müraciətində deyib ki, Ümumdünya Turizm Günü bütün dünyanın əmin-amanlığı üçün turizmin əhəmiyyəti barədə düşünməyə imkan yaradır.

Bu il Ümumdünya Turizm Günü turizmin beynəlxalq həmrəylik və qarşılıqlı hörmətin möhkəmləndirilməsindəki mühüm rolunu vurğulayan "Turizm - mədəniyyətləri birləşdirən bənd" şüarı altında keçirilir.

"Turizm müsafirlə onu qəbul edən ölkə arasındakı möcüzəli bir rabitə vasitəsidir. O, dialoqun və qarşılıqlı əlaqələrin yaradılmasına kömək edir. Müxtəlif mədəniyyətləri təmsil edən insanlar arasında belə əlaqələrin mövcudluğu dözümlülüyün əsasına çevrilir. Dinc, yanaşı yaşamaq uğrunda mübarizə aparan dünyada turizm körpülərin qurulmasına və sülhün möhkəmlənməsinə səbəb ola bilər", - baş katib müraciətində vurğulayıb.

O bildirib ki, turizmin inkişaf prosesinə verdiyi töhfə, eyni zamanda, qlobal həmrəyliyin formalaşmasına da yardımçı olur. Qlobal iqtisadiyyatın dərin qeyri-müəyyənliklə üzləşdiyi bir dövrdə turizmin sosial-iqtisadi imkanlar yaratmağa və varlılarla kasıblar arasındakı fərqi azaltmağa qadir olması faktı mühüm əhəmiyyət qazanır.

Xəbər lenti

Xəbər lenti