...

Azərbaycan müxalifəti təşkilatlanmanın yeni formalarını axtarır

Siyasət Materials 26 Sentyabr 2011 15:20 (UTC +04:00)
Azərbaycan müxalifəti təşkilatlanmanın yeni formalarını axtarır.
Azərbaycan müxalifəti təşkilatlanmanın yeni formalarını axtarır

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan müxalifəti təşkilatlanmanın yeni formalarını axtarır.

"Azərbaycanın beş müxalif partiyası son görüşündə əməkdaşlığın növbəti mərhələdə hansı prinsiplər üzərində aparıla biləcəyi müzakirə olunub" bunu bazar ertəsi Trend-ə müxalif Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.

Bu məsələ Azərbaycanın beş müxalif partiyası - Demokrat (ADP), Vətəndaş və İnkişaf (VİP), Liberal (ALP), Ümid və Milli İstiqlal (AMİP) partiyalarının sədrlərinin bazar günü keçirilən iclasında müzakirə olunub.

Onun sözlərinə görə, növbəti görüşlər zamanı ölkə üçün əhəmiyyət kəsb edən, dünyada baş verən Azərbaycana təsir edə biləcək proseslər haqqında müzakirə aparılması və beş partiya adından rəsmi mövqe ortaya qoyulması barədə qərar qəbul olunub.

VİP sədrinin sözlərinə görə, gələcəkdə beşliyin görüşü zamanı qəbul olunmuş qərarların partiyalarda da müzakirə olunması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti