...

Azərbaycan Prezidenti Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb

Siyasət Materials 26 Sentyabr 2011 19:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Xaçmaz rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) çərçivəsində Xaçmazda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən istehsal müəssisələri, təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilib, bütövlükdə rayonun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib.

Xəbər lenti

Xəbər lenti