...

Türkiyənin yeni konstitusiyasının hazırlanmasında bütün siyasi partiyalar iştirak edəcək - Ərdoğan

Siyasət Materials 29 Sentyabr 2011 13:09 (UTC +04:00)
Türkiyənin yeni konstitusiyasının hazırlanması ölkənin bütün siyasi partiyalar ilə razılıq əsasında həyata keçiriləcək. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan cümə axşamı jurnalistlərə bildirib.
Türkiyənin yeni konstitusiyasının hazırlanmasında bütün siyasi partiyalar iştirak edəcək - Ərdoğan

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin yeni konstitusiyasının hazırlanması ölkənin bütün siyasi partiyalar ilə razılıq əsasında həyata keçiriləcək. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan cümə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, yeni konstitusiyanın hazırlanması istiqamətində hakimiyyət bütün siyasi partiyalarla danışıqlar aparır.

Ərdoğanın rəhbərilik etdiyi Ədalət və İnkişaf Partiyası iyunda keçirilən parlament seçkilərində seçicilərin 50 faizinin səsini qazanaraq qalib gəlib. Yeni parlamentdə ən azı 330 mandat qazanması ona birpartiyalı hökumət qurmağa imkan versə də, bu AKP-yə yeni konstitusiya layihəsini Türkiyə Böyük Millət Məclisində müstəqil şəkildə qəbul etməyə və hakim partiya nümayəndələrinin dəfələrlə barəsində danışdıqları referendum keçirməyə imkan vermir. Bunun üçün azı 367 deputatın səsi lazımdır.

Xəbər lenti

Xəbər lenti