...

Azərbaycanın müxalifət partiyasının qurultayının vaxtı müəyyənləşib

Siyasət Materials 29 Sentyabr 2011 13:16 (UTC +04:00)
Demokratik İslahatlar Partiyasının (DİP) III qurultayı oktyabrın 7-də keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə DİP-in mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın müxalifət partiyasının qurultayının vaxtı müəyyənləşib

Azərbayan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Hacıyev/

Demokratik İslahatlar Partiyasının (DİP) III qurultayı oktyabrın 7-də keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə DİP-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, bu barədə qərar partiyanın Siyasi Şurasının toplantısında qəbul olunub. Toplantıda Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatları dinlənilib.

Siyasi Şuranın toplantısında ölkədəki ictimai-siyasi vəziyyət də müzakirə olunub.

Demokratik İslahatlar Partiyası (DİP) 2005-ci ildə təsis olunub. Məramnaməsini və fəaliyyət istiqamətlərini liberal dəyərlərin həyata keçirilməsi təşkil edir. Partiyanın sədri millət vəkili Asim Mollazadədir. Partiyanın I qurultayı 2005-ci il iyulun 4-də keçirilib.

Xəbər lenti

Xəbər lenti