...

Azərbaycan deputatları Kosta Rikaya səfər edəcəklər

Siyasət Materials 29 Sentyabr 2011 18:27 (UTC +04:00)
Azərbaycan Parlamentinin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və deputat Aslan Cəfərov oktyabrın 1-də Kosta Rikanın San-Xose şəhərinə səfər edəcəklər.
Azərbaycan deputatları Kosta Rikaya səfər edəcəklər

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycan Parlamentinin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və deputat Aslan Cəfərov oktyabrın 1-də Kosta Rikanın San-Xose şəhərinə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, YUNİSEF-in təşkilatçılığı ilə həyata keçiriləcək səfər anemiyanın profilaktikası ilə bağlı informasiya və təcrübə mübadiləsi, bu sahənin qanunvericiliklə tənzimlənməsi məsələlərinə həsr olunub.

Səfər zamanı BMT-nin Azərbaycanda hazırlanmış "Erkən yaşlı uşaqların qidalanması haqqında" model qanununun təqdimatı keçiriləcək, sənədin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat veriləcək.

Deputatlarımız burada bir sıra görüşlər keçirəcək, genofondun qorunması, anemiyaya qarşı mübarizə məqsədilə ərzağın zənginləşdirilməsi sahələrində digər ölkələrin qanunvericilik təcrübəsinin öyrənilməsinin əhəmiyyəti barədə fikirlərini açıqlayacaq, ölkəmizdə bu istiqamətdə görülən işlər haqqında söhbət aparacaqlar.

Səfər oktyabrın 11-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti