...

Müdafiə naziri ATƏT-in Bakı ofisinin yeni rəhbəri ilə görüşüb

Siyasət Materials 30 Sentyabr 2011 11:35 (UTC +04:00)
Müdafiə naziri ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri ilə görüşüb.
Müdafiə naziri ATƏT-in Bakı ofisinin yeni rəhbəri  ilə görüşüb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Müdafiə naziri ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, sentyabrın 30-da müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Koray Tarqayı qəbul edib.

Təyinatı ilə bağlı Koray Tarqayı təbrik edən müdafiə naziri müxtəlif sahələrdə Azərbaycanla ATƏT-in əlaqələrindən danışıb.

Görüş zamanı regionda mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti