...

Qonşu ölkələr suriyalı üsyançıları dəstəkləyirlər - XİN

Siyasət Materials 2 Dekabr 2011 13:43 (UTC +04:00)
Suriya XİN-in rəhbəri Valid Müallim qonşu ölkələri onun ölkəsindəki üsyançıları dəstəklədiklərinə görə pisləyib.
Qonşu ölkələr suriyalı üsyançıları dəstəkləyirlər - XİN

Azərbaycan, Bakı, 2 dekabr / Trend, müxbir R.Hafizoğlu/

Suriya XİN-in rəhbəri Valid Müallim qonşu ölkələri onun ölkəsindəki üsyançıları dəstəklədiklərinə görə pisləyib. Trend-in məlumatına görə, bu barədə Suriyanın SANA dövlət agentliyi xəbər verir.

"Qonşu ölkələr suriyalı üsyançıları onlara silah-sursat verməklə dəstəkləyirlər", - Müallim bəyan edib.

Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriyaya qarşı sanksiyalar paketini qəbul etməsindən sonra Türkiyə, ABŞ və Aİ Dəməşqə iqtisadi təzyiqləri gücləndirib.

Suriyada 9 aydır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Son zamanlar xüsusən Livan və Türkiyə ilə sərhəd olan rayonlardakı qarşıdurmalar getdikcə zorakılıq, dinlərarası xarakter alır. Gündəlik olaraq, həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları tərəfindən ölənlərin olması barədə məlumatlar daxil olur.

BMT-nin məlumatına görə, həlak olanların sayı 3,5 min nəfəri ötüb.

Xəbər lenti

Xəbər lenti