...

Azərbaycanın müdafiə naziri Qazaxıstana səfər edəcək

Siyasət Materials 2 Dekabr 2011 14:51 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev dekabrın 5-6-da Qazaxıstanda işgüzar səfərdə olacaq.
Azərbaycanın müdafiə naziri Qazaxıstana səfər edəcək

Qazaxıstan, Astana, 2 dekabr /Trend müxbir K.Konırova/

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev dekabrın 5-6-da Qazaxıstanda işgüzar səfərdə olacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Astanadakı səfirliyindən məlumat verilib.

Səfər zamanı Qazaxıstan və Azərbaycan Müdafiə nazirlikləri arasında 2012-ci il üzrə əməkdaşlıq planının imzalanması planlaşdırılır.

İki ölkənin müdafiə nazirlərinin əvvəlki görüşü sentyabrda Bakıda baş tutub.

Xəbər lenti

Xəbər lenti