...

Azərbaycan və Serbiya yaxın illərdə strateji tərəfdaşlıq səviyyəsinə çıxacaqlar-səfir

Siyasət Materials 3 Dekabr 2011 10:58 (UTC +04:00)
Отношения между Азербайджаном и Сербией в ближайшие годы выйдут на уровень стратегического партнерства, считает посол Сербии в Азербайджане Зоран Вайович.
Azərbaycan və Serbiya yaxın illərdə strateji tərəfdaşlıq səviyyəsinə çıxacaqlar-səfir

Azərbaycan, Bakı, 3 dekabr/Trend S. Ağayeva/

Azərbaycan və Serbiya arasında münasibətlər yaxın illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək. Bu barədə şənbə günü Trend-ə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç məlumat verib.

"İki ölkənin münasibətləri gündən-günə inkişaf edir və biz ümid ediriki ki, yaxın zamanda onlar strateji tərəfdaşlıq səviyyəsinə qalxacaq" , - səfir bildirib.

Diplomatın sözlərinə görə, Serbiyanın infrastruktruna və yolların tikintisinə investisiya qoyulması üzrə bir sıra layihələr nəzərdə turulub. Azərbaycan şirkətləri bu layihələrdə iştirakda maraqlı olduqlarını bildiriblər.

Səfir hesab edir ki, birgə iqtisadi layihələrin həyata keçirilməsi ölkələr arasında mal dövriyyəsinin səviyyəsini xeyli artırmağa imkan verəcək. Diplomat qeyd edib ki, bu il mal dövriyyəsinin həcmi 10 milyon manatdan az təşkil edir ki, bu da təbii ki, hər iki tərəfi qane etmir.

Onun sözlərinə görə, hər iki ölkənin işgüzar dairələrində əməkdaşlığa böyük maraq hiss edilir və bu yaxınlarda Belqradda keçirilən Biznes Forumda iki ölkənin işgüzar insanları bu marağı ifadə ediblər.

Hazırda 20 saziş və müqavilədn ibarət olan ölkələr arasında müqavilə-hüquq bazası bunun üçün bütün şərait yaradır.

Xəbər lenti

Xəbər lenti