...

İlham Əliyev Tailand Kralını təbrik edib

Siyasət Materials 3 Dekabr 2011 16:20 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Tailandın Kralı Bhumibol Adulyadejə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Tailand Kralını təbrik edib

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Tailandın Kralı Bhumibol Adulyadejə təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Tailand münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Bhumibol Adulyadejə ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, dost Tailand xalqına əmin-amanlıq və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti