...

Gürcüstanın eks-prezidenti Ermənistanı Acariya ilə birləşdirəcək yolun tikintisində təhlükə görür

Siyasət Materials 5 Dekabr 2011 11:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 5 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze Ermənistanı Acariya ilə birləşdirəcək birbaşa avtomobil yolunun tikintisində təhlükə görür.

"Bu layihə Gürcüstan üçün demoqrafik problemlər yarada bilər", - o, "Asaval-Dasavali" həftəliyinə bildirib.

Ermənistan Prezidenti Serj Sarkisyan ötən həftə Gürcüstana səfəri zamanı bu yolun tikintisi məsələsini gürcüstanlı həmkarı Mixail Saakaşvili ilə müzakirə edib. Onlar Qoderdzi aşırımını keçərək Ermənistanı Batumi ilə birləşdirəcək yolun tikintisini sürətləndirməklə bağlı razılığa gəliblər. Saakaşvili qeyd edib ki, bu, erməni turistlərin Gürcüstana axınını daha da artırmağa imkan verəcək.

Yeri gəlmişkən, Şevardnadze ermənilərin nüfuz üstünlüyü nəticəsində Acariyada demoqrafik vəziyyətin dəyişəcəyindən narahatdır. "Abxaziyaya baxın, axı orada ermənilər abxazlardan daha çoxdur!" - o, bəyan edib.

Keçmiş prezident habelə Gürcüstan hakimiyyətinin Ermənistana güzəştə gedəcəyini və Gürcüstan patriarxlığının mübahisəli hesab etdiyi bir neçə kilsəni onlara verəcəyini də istisna etmir.

Xəbər lenti

Xəbər lenti