...

Azərbaycan fövqəladə hallar naziri Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

Siyasət Materials 5 Dekabr 2011 16:45 (UTC +04:00)
Azərbaycan fövqəladə hallar nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Azərbaycan fövqəladə hallar naziri Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan fövqəladə hallar nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, nümayəndə heyəti Abu Dabi Polisi və Los Anceles Əyaləti Şerifinin Departamentinin birgə təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində dekabrın 4-də işə başlayan Qlobal Polis Simpoziumunda iştirak edir.

Simpoziumun keçirilməsində əsas məqsəd cinayətlərlə mübarizə, sabitliyə nail olunması və bu sahədə qanunların icra olunmasının təmin edilməsi üçün ölkələrin hüquq mühafizə orqanları əməkdaşlarının səylərinin birləşdirilməsi, o cümlədən baş verə biləcək irimiqyaslı fövqəladə hallara qarşı yerli və beynəlxalq səviyyədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məsələlərinin müzakirə edilməsidir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov müxtəlif ölkələrin aidiyyəti dövlət orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi simpoziumda çıxış edib.

O, son illər Azərbaycanın yerli və beynəlxalq səviyyədə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində həyata keçirdiyi tədbirlər barədə simpozium iştirakçılarına məlumat verib, fəlakətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın rolundan danışıb.

Xəbər lenti

Xəbər lenti