...

Azərbaycan səfiri etimadnaməsini ÇXR Sədrinə təqdim edib

Siyasət Materials 5 Dekabr 2011 17:16 (UTC +04:00)
Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov etimadnaməsini Çin Xalq Respublikasının Sədri Hu Szintaoya təqdim edib.
Azərbaycan səfiri etimadnaməsini ÇXR Sədrinə təqdim edib

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov etimadnaməsini Çin Xalq Respublikasının (ÇXR) Sədri Hu Szintaoya təqdim edib. Bu barədə bazar ertəsi Trend "Xinhua" agentliyinə istinadən məlumat verir.

ÇXR Sədri bazar ertəsi 6 xarici ölkənin səfirinin etimadnaməsini qəbul edib.

Kuba, Cibuti, Gürcüstan, Liberiya və Anqolanın səfirləri də etimadnamələrini təqdim ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il avqustun 16-da Lətif Seyfəddin oğlu Qəndilovun Azərbaycanın Çində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Qəndilov əvvəl Qazaxıstanda səfir vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti