...

Azərbaycandakı Rusiya vətəndaşları "Yedinaya Rossiya" Partiyasına üstünlük veriblər

Siyasət Materials 5 Dekabr 2011 19:03 (UTC +04:00)
Azərbaycanda yaşayan Rusiya vətəndaşları RF Dövlət Dumasına seçkilərdə "Yedinaya Rossiya" (Vahid Rusiya) Partiyasına üstünlük veriblər.
Azərbaycandakı Rusiya vətəndaşları "Yedinaya Rossiya" Partiyasına üstünlük veriblər

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanda yaşayan Rusiya vətəndaşları RF Dövlət Dumasına seçkilərdə "Yedinaya Rossiya" (Vahid Rusiya) Partiyasına üstünlük veriblər.

"Yedinaya Rossiya" dekabrın 4-də Azərbaycan ərazisində təşkil edilən Dövlət Dumasına keçirilən səsvermədə seçicilərin əksəriyyətinin səsini (56,95 faiz) qazanıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi diplomatik nümayəndəliyin rəsmi saytında yerləşdirilən məlumatında deyilir.

Dekabrın 4-də Rusiya Federasiyasının Federal Məclisinin 6-cı çağırış Dövlət Dumasına keçirilən seçkilərdə Rusiyanın Azərbaycandakı səfirliyinin konsul bölməsində qeydiyyatda olan 6330 Rusiya vətəndaşından 1654 nəfəri iştirak edib ki, bu da onların 26 faizini təşkil edib. Bu, 2007-ci ildə Dövlət Dumasına keçirilən seçkilərlə müqayisədə təxminən 11 faiz çoxdur.

Səfirliyin məlumatına görə, seçkilər mütəşəkkil surətdə keçib, şikayətlər daxil olmayıb. Səfirliyin konsul bölməsində açılan seçki məntəqəsində Azərbaycanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Seçkilərin yekunu olaraq səslər belə bölüşüb: "Yedinaya Rossiya" 942 səs (56,95 faiz), KPRF 307 səs (18,56 faiz), "Spravedlivaya Rossiya" 141 səs (8,52 faiz), LDPR 135 səs (8,16 faiz), "Yabloko" 61 səs (3,69 faiz), "Patriotı Rossiyi" 29 səs (1,75 faiz), "Pravoye delo" 14 səs (0,85 faiz).

Rusiya Mərkəzi Seçki Komissiyasının Moskva vaxtı ilə saat 14:00-a olan məlumatına görə, RF Dövlət Dumasına keçirilən səsvermədə seçki komissiyalarının protokollarının 96 faizinin hesablanması nəticəsində "Yedinaya Rossiya" seçici səslərinin 49,42 faizini toplayıb. KPRF 19,19 faiz səs, LDPR 11,66 faiz, "Spravedlivaya Rossiya" 13,22 faiz, "Yabloko" 3,3 faiz, "Patriotı Rossiyi" 0,97 faiz, "Pravoye delo" 0,59 faiz toplayıb.

Seçici aktivliyi 60,2 faiz təşkil edib. 920 124 bülleten etibarsız sayılıb ki, bu da 1,55 faizdir.

Xəbər lenti

Xəbər lenti