...

Prezident İlham Əliyevlə Rusiyanın Baş naziri Vladimir Putin arasında telefon danışığı olub

Siyasət Materials 6 Dekabr 2011 13:34 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Baş naziri Vladimir Putinə telefonla zəng edib.
Prezident İlham Əliyevlə Rusiyanın Baş naziri Vladimir Putin arasında telefon danışığı olub

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Baş naziri Vladimir Putinə telefonla zəng edib. Trend-in məlumatına görə, bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib.

Dövlətimizin başçısı Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına keçirilən seçkilərdə Vladimir Putini başçılıq etdiyi "Yedinaya Rossiya" Partiyasının əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Rusiya Federasiyasının Baş naziri Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Baş nazir Vladimir Putin Yeni Azərbaycan Partiyası ilə "Yedinaya Rossiya" Partiyası arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd ediblər.

Telefon söhbəti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Baş naziri Vladimir Putin ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb və bu əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti