...

Elmar Məmmədyarov ATƏT XİNŞ çərçivəsində ikitərəfli görüşlər keçirib

Siyasət Materials 6 Dekabr 2011 18:58 (UTC +04:00)
Elmar Məmmədyarov çərşənbə axşamı Vilnüsdə ATƏT-in Xarici İşlər Nazirləri Şurası (XİNŞ) çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
Elmar Məmmədyarov ATƏT XİNŞ çərçivəsində ikitərəfli görüşlər keçirib

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Vilnüsdə ATƏT-in Xarici İşlər Nazirləri Şurası (XİNŞ) çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

Azərbaycanın xarici işlər naziri İsrail, Finlandiya, Kipr Pespublikasının XİN rəhbərləri ilə görüşüb. Görüşlər zamanı Azərbaycanın bu ölkələrlə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib.

Dekabrın 6-7-də Litvanın paytaxtında ATƏT XİNŞ-in iclası keçirilir.

Bu ölkələrin XİN rəhbərləri Azərbaycanı BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi ilə əlaqədar təbrik edib. Tərəflər regional əməkdaşlıq məsələləri və regionda baş verən proseslər üzrə fikir mübadiləsi aparıblar.

Azərbaycan və Kipr Respublikasının XİN rəhbərləri Kiprin 2012-ci ildə Avropa İttifaqında gələcək sədrliyi kontekstində əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.

Xəbər lenti

Xəbər lenti