...

Əli Əhmədov: “Transparency International”ın hesabatı Azərbaycanın korrupsiyaya qarşı mübarizəsinin ruhuna uyğun gəlmir

Siyasət Materials 7 Dekabr 2011 13:28 (UTC +04:00)
"Transparency International" təşkilatının hesabatı Azərbaycanın korrupsiyaya qarşı mübarizəsinin və səylərinin ruhuna uyğun gəlmir.
Əli Əhmədov: “Transparency International”ın hesabatı Azərbaycanın korrupsiyaya qarşı mübarizəsinin ruhuna uyğun gəlmir

Azərbaycan, Bakı, 7 dekabr / Trend müxbir M.Əliyev/

"Transparency International" təşkilatının hesabatı Azərbaycanın korrupsiyaya qarşı mübarizəsinin və səylərinin ruhuna uyğun gəlmir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katibi Əli Əhmədov deyib.

"Hər bir dəyərləndirmə, xüsusilə də beynəlxalq təşkilatlar səviyyəsində dəyərləndirmələr obyektiv, ədalətli olmalıdır, subyektiv fikirlər üstünlük təşkil etməməlidir. Biz buna reallığı əks etdirməyən hal kimi yanaşırıq", - o deyib.

Əhmədovun sözlərinə görə, siyahıda tutmalı olduğumuz yer orada real göstəriləndən xeyli dərəcədə fərqlənir.

"Beynəlxalq təşkilatlar bütün məsələlərdə olduğu kimi, bu məsələdə də həqiqəti göstərməlidirlər", - YAP funksioneri qeyd edib.

O deyib ki, Azərbaycan cəmiyyətində də əhalinin böyük əksəriyyəti həmin məsələlərdə fərqli düşünür.

"Azərbaycanda korrupsiya yoxdur. Hökumət bunu etiraf edir və eyni zamanda korrupsiyanın aradan qaldırılması və bununla mübarizə istiqamətində ciddi addımlar atır", - Əhmədov deyib.

O qeyd edib ki, Azərbaycanda bununla bağlı siyasi iradə ortadadır.

Əhmədov vurğulayıb ki, bu istiqamətdə çox ciddi işlər görülür və bundan sonra da təbii ki, görüləcək.

Xəbər lenti

Xəbər lenti