...

Azərbaycanın Macarıstandakı səfirliyində Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Siyasət Materials 9 Dekabr 2011 13:22 (UTC +04:00)
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar tədbir keçirilib.
Azərbaycanın Macarıstandakı səfirliyində Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan səfir Vilayət Quliyev XX əsr Azərbaycan və dünya tarixində Heydər Əliyevin yerindən və rolundan, Azərbaycanın dövlət müstəqilliyinin siyasi, iqtisadi, mənəvi əsaslarının yaradılmasında, bu müstəqilliyin əldə edilməsində və çətin mübarizə şəraitində qorunub möhkəmləndirilməsində onun müstəsna xidmətlərindən bəhs edib.

Sonra tanınmış pianoçu, əməkdar artist Murad Hüseynovun ifasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan və macar bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı səsləndirilib.

Tədbirdə hazırda Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Macarıstan Parlamentinin vitse-spikeri Zoltan Vaslo, Macarıstan milli iqtisadiyyat nazirinin birinci müavini, Macarıstan-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyasının həmsədri xanım Roja Nad, Azərbaycan və Macarıstan parlamentlərinin deputatları, Budapeştdə akkreditə olunan diplomatik korpus nümayəndələri, macar ictimaiyyətinin və ölkədəki Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti