Azərbaycan Parlamenti Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan Parlamenti Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib (ƏLAVƏ OLUNUB)

Təbrik məktubunun mətni əlavə olunub (ilk xəbər saat 12:52-də yayılıb)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir M.Əliyev/

Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb. Trend-in məlumatına görə, iclasda spiker Oqtay Əsədov dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibəti ilə ölkə başçısını və Azərbaycan xalqını təbrik edib.

Spiker qeyd edib ki, İlham Əliyevin prezidentlik dövrü Azərbaycan üçün uğurlu olub. Əsədov vurğulayıb ki, ölkənin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bu müvəffəqiyyətlərdən biridir.

Daha sonra parlamentin I vitse-spikeri Ziyafət Əsgərov millət vəkilləri adından Azərbaycan Prezidentinə ünvanlanmış təbrik məktubunu oxuyub.

"Əziz və möhtərəm cənab Prezident! Sizi anadan olmağınızın 50 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, Azərbaycanın qüdrətli dünya dövlətləri sırasına çıxarılması, xalqımızın xoşbəxt gələcəyinin təmin olunması naminə dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik!

Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə davam etdirməyiniz sabit və ardıcıl yüksəlişi və yeniləşməni gündəlik həyatımızın reallığına çevirmişdir. Müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası hər gün yeni bəhrələr verir. İndi Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri və Cənubi Qafqaz bölgəsinin lider dövlətidir", - təbrikdə deyilir.

Məktubda qeyd olunur ki, ölkəmizin ildən-ilə daha da zənginləşməsi qarşıya qoyulan ən mürəkkəb və çətin vəzifələrin öhdəsindən gəlməyə imkan yaradır. Sənaye və kənd təsərrüfatı potensialının güclənməsinə, regionların sosial-iqtisadi inkişafına yönələn möhtəşəm dövlət proqramları icra olunur, xalqımızın rifah halının yüksəlməsinə xidmət edən tədbirlər həyata keçirilir, əmək haqları, müavinətlər, pensiyalar artırılır, elm və təhsilin, mədəniyyət və incəsənətin, səhiyyə və idmanın tərəqqisi üçün lazımi işlər görülür. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə geniş miqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, ölkəmizin Avropa xalqları ailəsində nüfuzu artır.

"Elmi əsaslar üzərində qurulmuş xarici siyasətiniz Azərbaycanın dünya siyasətinə təsirinin dönmədən artmasına gətirib çıxarır. Dövlətimizin beynəlxalq mövqelərinin möhkəmlənməsi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi yüksək zirvənin fəth edilməsində öz parlaq ifadəsini tapmışdır. Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata keçirilən düşünülmüş tədbirlər müsbət nəticələr verir. Xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ərazi bütövlüyü prinsipi beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən təməl prinsip kimi qəbul olunur. Şübhə yoxdur ki, qısa zamanda Siz dövlətimizin bu probleminin də həllinə nail olacaqsınız.

Əziz və möhtərəm cənab Prezident! Xalqımızın maraqları və tələbatı üzərində qurulan siyasətiniz, müasir idarəçilik üslubunuz Sizə ölkəmizdə və xaricdə böyük hörmət və nüfuz qazandırmışdır. Azərbaycanın xoşbəxt gələcəyi bu gün Sizin əzmlə həyata keçirdiyiniz quruculuq və inkişaf strategiyası ilə bağlıdır", - təbrikdə vurğulanır.

Məktubda bildirilir ki, müasir dünyanın çox mürəkkəb bölgəsində yerləşən ölkəmizi layiqli şəkildə idarə etmək üçün dövlət başçısından tələb olunan yüksək erudisiya və intellekt, siyasətə, iqtisadiyyata, incəsənətə, tarixə, başqa sahələrə dərindən bələdlik kimi xüsusiyyətlərlə yanaşı, Siz Vətənə dərin məhəbbət, səmimilik, sadəlik, təvazökarlıq, insanların qayğılarına həssas münasibət kimi yüksək mənəvi keyfiyyətlərə maliksiniz. Sizin nümunəvi insani keyfiyyətləriniz gözəl ailə başçısı olmağınızda da təcəssümünü tapmışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, övladlarınız ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, xalqımızı düşündürən problemlərin həllinə kömək göstərmək üçün mümkün olan hər şeyi edirlər.

"Əziz cənab Prezident! Biz əminik ki, Sizə xas olan siyasi bəsirət və səriştə dövlətimizin müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcəkdir. Bu işdə biz Sizə yeni uğurlar arzulayırıq. Sizi əmin edirik ki, xalqımızın və dövlətimizin işıqlı sabahı naminə həyata keçirdiyiniz quruculuq işlərinin qanunvericilik bazasını möhkəmləndirmək və təkmilləşdirmək üçün parlament öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəkdir", - təbrik məktubunda deyilir.

Sonra deputatlar cari məsələlərin müzakirəsinə başlayıblar.

Qeyd edək ki, iclasda "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", ikinci oxunuşda "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihələri və Şəhərsalma və Tikinti Məcəlləsi müzakirəyə çıxarılacaq.

Sumqayıt KOB İnkişaf Mərkəzində əlil sahibkarlar üçün növbəti təlim keçirilib
Sumqayıt KOB İnkişaf Mərkəzində əlil sahibkarlar üçün növbəti təlim keçirilib
Azərbaycanını İKT məhsullarının satışından gəliri 190 milyon manatdan çox olub
Azərbaycanını İKT məhsullarının satışından gəliri 190 milyon manatdan çox olub
Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib
Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib
Loading Bars
Xəbər lenti
Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib - MN
Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI
Əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib - MN
Tramp Əfqanıstandakı ABŞ qoşunlarının çıxarılmasından danışdı
İsraildə koronavirusa yoluxanların sayı 304 min nəfəri ötüb
Çempionlar Liqası 2024-cü ildən etibarən 36 komandaya qədər genişləndirilə bilər
Düşmənin zirehli texnikaları məhv edilib (VİDEO)
Argentinada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb
Peyvəndlər üzrə "COVAX" təşəbbüsünə 184 ölkə qoşulub
UEFA koronavirus pandemiyası fonunda mükafat fondunu beş illik azaldır
ABŞ İran üzrə "qara siyahı"nı genişləndirib
Alyaska sahillərində 7,4 bal gücündə zəlzələ olub
Təmas xəttində top mərmiləri, dron və partlamış mərmi qalıqları aşkarlanıb (FOTO)
BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarəti müzakirə edib
Moskvada koronavirusdan daha 49 nəfər ölüb
Tramp Sudanı terrorizmin sponsorları siyahısından çıxaracağını açıqlayıb
İngiltərə Premyer Liqasında koronavirusa daha 8 yoluxma halı qeydə alınıb
"OPEC plus" ölkələri sazişi tam şəkildə icra etmək barədə razılığa gəliblər
Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlər (VİDEO)
Praqa azərbaycanlı şəhid uşaqların “sahibsiz ayaqqabıları”na şahidlik etdi (FOTO)
“Əsgərə Məktub Online” layihəsi fəaliyyət göstərir (VİDEO)
Prezidentə yazırlar: Bu günlərdə xalqımıza yaşatdığınız hədsiz sevinc və qürur hislərinə görə Sizə minnətdarıq
Türkiyədə koronavirusdan sağalanların sayı 304 min nəfəri ötüb
Prezident İlham Əliyev: Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar
Azərbaycan Prezidenti hərbi müşahidəçilərin yerləşdirilməsi məsələsinə münasibət bildirib
Azərbaycan Prezidenti: Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsi təəccüblüdür
Ədliyyə naziri Almaniyanın ölkəmizdəki səfirini Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıb
Azərbaycan Prezidenti: Ermənistana silah ötürülməsində erməni mənşəli rusiyalı iri sahibkarların və məşhur silah alverçilərinin əli var
Alman deputatların Qarabağa qanunsuz səfəri Bundestaqın özü tərəfindən ciddi qınaqla qarşılanmalıdır- Deputat
Azərbaycan Prezidenti: Son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər
Prezident İlham Əliyev: Kompromis paketin bir hissəsi olan Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik
Prezident İlham Əliyev: Ermənistan qoşunlarını işğal altındakı ərazilərdən çıxarmağa hazır olsa, müşahidəçilər məsələsinə baxıla bilər
Prezident İlham Əliyev: Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik
Prezident İlham Əliyev: Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur
Prezident İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir
Bəzi ölkələr Ermənistana təzyiq etmək əvəzinə, Azərbaycanı mənasız atəşkəsə sövq edir - Səyavuş Heydərov
Azərbaycan Prezidenti: Bizə təklif edirlər ki, Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizə heç nə təklif edilmir
Prezident İlham Əliyev: Ermənistan vasitəçilərə və öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi
Azərbaycan Prezidenti: Biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq
Prezident İlham Əliyev: Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib
Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi - Deputat
Hazırda paytaxt yollarında ciddi sıxlıq müşahidə olunur
Suriya tayfaları Ermənistanın YPG kürdləri ilə ittifaqını pisləyib
Ceyhun Bayramovla Beynəlxalq Türk Akademiyasının prezidenti arasında telefon danışığı olub
MŞ AzTV-nin çəkiliş qrupunun erməni atəşinə məruz qalması ilə bağlı beynəlxalq media qurumlarına müraciət edib
Baş Nazir Əli Əsədov Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb (FOTO)
Paşinyan məğlubiyyətini etiraf edib və danışıqlara hazırdır
Şahdağ Milli Parkının ərazisində yanğın başlayıb
Ermənistanın Gəncədə törətdiyi təcavüz beynəlxalq ictimaiyyət tərəfindən pislənilir
Norveçdə koronavirusun yeni mutasiyası aşkar edilib
XİN: Bundestaq üzvlərinin Qarabağa qanunsuz səfəri ilə bağlı Almaniya XİN-ə nota veriləcək
A-Qroup-un sığorta mükafatı yenə də artdı
Ermənistan Dağlıq Qarabağda itkilərinin yeni siyahısını açıqlayıb
Bütün dünya bilir ki, haqlı və ədalətli mövqe Azərbaycan tərəfindədir - Bahar Muradova
Döyüşlərdə iştirak edən şəxsi heyət arasında aparılan təbliğat və təşviqat işləri davam edir (FOTO)
Oktyabrın 20-də manatın dollara qarşı məzənnəsi
Ermənistanı masa arxasında işğalçı dövlət kimi otuzdurmaq lazımdır - Sevil Mikayılova CNN Türk telekanalına müsahibə verib (VİDEO)
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
Ombudsman Səbinə Əliyavanın Vladimir Şkolnikovla video konfrans formatında görüşü olub (FOTO)
Ermənistanın mülki əhaliyə qarşı hücumları ilə bağlı aidiyyəti qurumlara müraciətlər ediləcək - Hikmət Hacıyev
Özbəkistan parlamentinin Sədri Ermənistanın Gəncəni artilleriya atəşinə tutması ilə bağlı narahatlığını bildirib
Yanvar-sentyabr aylarında 163 min şəxsə e-qaydada fərdi hesab açılıb
Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tezliklə razılaşdırılmasına ümid edir - Lavrov
Növbəti aylarda koronavirusla bağlı vəziyyət insanların tövsiyələrə necə əməl etməsindən asılıdır - Hande Harmancı
Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb - Prezidentin köməkçisi
Səfir: Beynəlxalq hüquq müharibədə mülki vətəndaşların ölümünə səbəb olmamağa çağırır (FOTO)
Prokurorluq AzTv-nin əməkdaşının yaralanması ilə bağlı məlumat yaydı: Daha 3 nəfər də yaralanıb
Azərbaycan beynəlxalq əhəmiyyətli neft və qaz layihələrinin təhlükəsizliyini təmin edir - Hikmət Hacıyev
Vüqar Rəhimzadə: Ermənistanı silahlandırıb onun işğalçılıq siyasətinə vasitəçi olmağın özü böyük cinayətdir
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Baş prokuror Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
Ağdamda ermənilər AzTV-nin çəkiliş qrupunu atəşə tutdu, jurnalist yaralandı (VİDEO)
Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir - Hikmət Hacıyev
XƏBƏRDARLIQ: Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir
Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirdi (FOTO)
99 müəssisədə COVID-19-la bağlı qayda pozuntuları aşkarlandı
“ASAN xidmət” təmsilşisi BMT-nin iclasında erməni təxribatlarından danışdı (FOTO)
Kolleclərin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün başa çatır
Gəncə İH erməni terroru nəticəsində şəhərə dəymiş ziyanı açıqladı
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq - Hikmət Hacıyev
Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur - General-mayor Hüseyn Mahmudov
Yol polisi Bakıda sərnişindaşıma sirkətlərinə müraciət edib
Yeni dastan yazan ordumuza “Gazelli Group”dan özünəməxsus dəstək
Özünüməşğulluq proqramının iştirakçıları biznesin inkişafı üçün KOBİA-nın dəstək və xidmətlərindən istifadə edə bilər
Türk Ticarət və Sənaye Palatasının sədrindən Prezident İlham Əliyevə məktub ünvanlanıb
Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib - Elçin Əmirbəyov
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır
Azərbaycan mülki əhalini hədəfə almır, yalnız hərbi hədəflərə istiqamətlənir - Prezidentin köməkçisi
İTAZERCOM-un rəhbəri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirir - Hikmət Hacıyev
Azərbaycanda 331 nəfər COVID-19-a yoluxdu, 107 nəfər sağaldı, 4 nəfər vəfat etdi
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 61 oldu
ADA Universitetində ermənilərin Gəncə terroru ilə bağlı diplomatlarla görüş keçirilib (FOTO)
Gəncədə dağılmış ev və obyektlərin sayı açıqlandı - RƏSMİ
YAP 50-dən çox siyasi partiya və beynəlxalq təşkilata müraciət ünvanladı
İranda koronavirus həyəcanı: Sutka ərzində ölənlərin sayı 337 nəfərə yüksəldi
Dünya ictimaiyyəti Azərbaycan gənclərinin kampaniyasını dəstəkləyib (FOTO)
Kaliforniyada işğalçı Ermənistanın Gəncə terroruna etiraz olaraq avtoyürüş keçirilib
İyirmidən çox asteroid Yerə yaxınlaşır
Bütün xəbərlər