...

Rusiyanın Azərbaycandakı səfirliyində artıq 1000-dən çox vətəndaş prezident seçkilərində səs verib (FOTO)

Siyasət Materials 4 Mart 2012 14:11 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı səfirliyində prezident seçkilərinə səsvermə keçirilir.
Rusiyanın Azərbaycandakı səfirliyində artıq 1000-dən çox vətəndaş prezident seçkilərində səs verib (FOTO)

Azərbaycan, Bakı, 4 mart / Trend müxbir E.Tariverdiyeva/

Rusiyanın Azərbaycandakı səfirliyində prezident seçkilərinə səsvermə keçirilir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, saat 13:00-a qədər Azərbaycanda yaşayan Rusiya vətəndaşlarının 1310 nəfəri artıq səs verib.

İlk dəfə altı il müddətinə keçirilən dövlət başçısı vəzifəsi uğrunda Baş nazir Vladimir Putin, Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) lideri Gennadi Züqanov, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski, Ədalətli Rusiya Partiyasından Sergey Mironov və müstəqil namizəd Mixail Proxorov mübarizə aparırlar.

Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələrinə martın 14-dən gec olmayaraq yekun vurmalı, martın 17-ə qədər isə nəticələr rəsmən dərc edilməlidir. Hazırki seçkilərdə seçilən Rusiya Federasiyası (RF) Prezidenti vəzifəsinə mayın 7-də başlamalıdır.

Xəbər lenti

Xəbər lenti