...

Azərbaycan Prezidentinin ehtiyat fondundan Bakıda yaşıllaşdırma işlərinə maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 5 Mart 2012 18:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində yaşıllaşdırma işlərinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidentinin ehtiyat fondundan Bakıda yaşıllaşdırma işlərinə maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 5 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində yaşıllaşdırma işlərinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı şəhərində aparılan yaşıllaşdırma işlərinin davam etdirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmnək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti