...

Azərbaycanın Daxili Qoşunları modernləşdirilmiş texnikasını sınaqdan keçirib

Siyasət Materials 7 Mart 2012 16:56 (UTC +04:00)
Daxili Qoşunların keçmişdən qalan texnikasının modernləşdirlməsi ilə bağlı Müdafiə Sənaye Nazirliyi ilə əməkdaşlıq edilir.
Azərbaycanın Daxili Qoşunları modernləşdirilmiş texnikasını sınaqdan keçirib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir K.Zərbalıyeva/

Daxili Qoşunların keçmişdən qalan texnikasının modernləşdirilməsi ilə bağlı Müdafiə Sənaye Nazirliyi ilə əməkdaşlıq edilir. Artıq DQ-nin 10-a yaxın texnikası nazirlik vasitəsilə modernləşdirilib. Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının komandanı Zakir Həsənov çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib.

Həsənov deyib ki, modernləşdirilən texnika sınaqdan keçirilib.

"İlbəil texnikanın modernləşdirilməsi inkişaf edir. Müasir dünya ilə bir addımlamalıyıq. Müvafiq qurumlar bu inkişafla maraqlanır. Müvafiq komissiyalar silah, texnika və avadanlıqlarla bağlı bütün yenilikləri öyrənir və səmərəli olanlardan istifadə edir", - Həsənov əlavə edib.

O, həmçinin bildirib ki, Azərbaycanın NATO qarşısında öhdəliyi var.

"Öhdəliyin əsas istiqamətləri olan kadr islahatları, ingilis dilinin öyrənilməsi, sülhməramlı qüvvələrdə iştirakı seçmişik və bu tədbirlərdə iştirak edirik. 2006-cı ildə sülhməramlı bölüyümüz hazır idi. NATO nümayəndələri baxış keçirmişdi və razı qalmışdı. NATO-nun öhdəliyində isə bizə idarəetmədə yardım göstərməsi var idi. Onların öhdəliklərini yerinə yetirməsini gözləyirik. 2015-ci ildə sülhməramlı tabor yaradılacaq", - Həsənov bildirib.

12 mart - Azərbaycan Daxili Qoşunlarının yaranması günüdür.

Xəbər lenti

Xəbər lenti