...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Van bölgəsindəki zəlzələdən zərər çəkmişlərə 40 min dollarlıq yardım edib

Siyasət Materials 9 Mart 2012 16:24 (UTC +04:00)
Ötən ilin oktyabr ayında Türkiyənin Van bölgəsində baş vermiş zəlzələdən zərər çəkmişlər üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən 40 min dollar yardım toplanılıb və aidiyyəti üzrə çatdırılıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Van bölgəsindəki zəlzələdən zərər çəkmişlərə 40 min dollarlıq yardım edib

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir M.Əliyev/

Ötən ilin oktyabr ayında Türkiyənin Van bölgəsində baş vermiş zəlzələdən zərər çəkmişlər üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən 40 min dollar yardım toplanılıb və aidiyyəti üzrə çatdırılıb. Trend-in məlumatrına görə, bunu jurnalistlərə bazar ertəsi Cəmiyyətin rəhbəri Novruz Aslanov bildirib.

Onun sözlərinə görə, yardım edənlər arasında təşkilatlardan biri 7 min dollar, anonim bir şəxs isə 5 min dollar ayırıb.

Aslanov onu da qeyd edib ki, ötən il elan olunan Somaliyə yardım kampaniyası çərçivəsində də 40 min dollaradək vəsait toplanılıb. Cəmiyyət sədri həmçinin bildirib ki, Filippinə yardım kampaniyasında isə aktivlik müşahidə olunmur.

Millət vəkili bildirib ki, ötən illərə nisbətən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2011-ci ildə topladığı vəsait xeyli artıb.

Xəbər lenti

Xəbər lenti