...

İranın Azərbaycana viza rejimini yenidən tətbiq etməsi məsələsinə aydınlıq gətirib

Siyasət Materials 9 Mart 2012 18:27 (UTC +04:00)
İran heç vaxt azərbaycanlı bacı-qardaşların üzünə açdığı qapını bağlamaz.
İranın Azərbaycana viza rejimini yenidən tətbiq etməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir E.Mehdiyev/

İran heç vaxt azərbaycanlı bacı-qardaşların üzünə açdığı qapını bağlamaz. Trend-in məlumatına görə, bunu İranın Azərbaycana yenidən viza tətbiq edəcəyi ilə bağlı səslənən fikirlərə münasibət bildirən İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami cümə günü jurnalistlərə deyib.

"İran və Azərbaycan xalqları eyni sivilizasiyaya, eyni dinə və mədəniyyətə malikdirlər. Biz viza rejimini ləğv etdik ki, azərbaycanlı bacı-qardaşlarımız İrana səfər etsinlər, bayram günləri görüşsünlər", - səfir bildirib.

Azərbaycan tərəfindən də viza rejiminin ləğv olunması məsələsinə münasibət bildirən səfir qeyd edib ki, vizanın aradan götürülməsi ölkələr arasında inteqrasiyaya kömək edəcək.

"Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün bəyanatında 10-cu maddədə belə qeyd olunub ki, tərəflər vətəndaşların vizasız gediş-gəlişi üçün lazım olan tədbirləri görəcəklər. Biz fikirləşirik ki, Azərbaycan Respublikasında aidiyyəti orqanlar bu iş üçün lazım olan infrastrukturu yaratmağa çalışırlar və təbiidir ki, bu qərar qardaş və dost Azərbaycan tərəfindən nə qədər tez gerçəkləşsə, hər 3 ölkənin arzularına və istəklərinə uyğun olacaq", - səfir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti