...

Elmar Məmmədyarov Avropa Parlamentinin üzvləri ilə görüşüb

Siyasət Materials 9 Mart 2012 20:19 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvləri - Bas Aykhout, Dan Yorgensen, Norbert Noyzer və Belçika Parlamentinin üzvü Alen Desteksdən ibarət olan nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Avropa Parlamentinin üzvləri ilə görüşüb

Azərbaycan, Bakı, 9 mart /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvləri - Bas Aykhout, Dan Yorgensen, Norbert Noyzer və Belçika Parlamentinin üzvü Alen Desteksdən ibarət olan nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, səfərin məqsədi Azərbaycanla tanışlıq, ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu və Avropaya inteqrasiya sahəsində irəliləyişlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərlə, o cümlədən qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı müzakirələr aparmaqdan ibarətdir.

Görüş zamanı Məmmədyarov parlament diplomatiyasının əhəmiyyətini vurğulayaraq, parlament üzvlərinin birbaşa təmasının əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb. 20 illik müstəqillik tariximizdə ölkəmizin keçdiyi yol barədə məlumat verən Elmar Məmmədyarov Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar barədə qonaqları məlumatlandırıb.

Nazir regionda gedən siyasi proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan addımlar barədə Avropa Parlamentinin nümayəndələrinə ətraflı məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti