...

Qazaxıstan Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlıdır

Siyasət Materials 12 Mart 2012 18:58 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Qazaxıstan xarici işlər nazirinin müavini Amangəldi Jumabayevi qəbul edib.
Qazaxıstan Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlıdır

Azərbaycan, Bakı, 12 mart /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Qazaxıstan xarici işlər nazirinin müavini Amangəldi Jumabayevi qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Jumabayev Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb. Ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edən nazir müavini beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında müxtəlif məsələlərə dair qarşılıqlı dəstəyin mövcud olduğunu bildirib və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Jumabayev ölkəsinin bu regionun sabitliyində və inkişafında maraqlı olduğunu qeyd edərək, Azərbaycan tərəfinin Qazaxıstan məhsullarının dünya bazarına çıxarılması istiqamətində dəstəyini yüksək qiymətləndirib.

Görüş zamanı tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsindən məmnunluq ifadə edərək, bu istiqamətdə işin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər, həmçinin, qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti