...

XİN: Qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi İran üçün əsas prinsiplərdəndir

Siyasət Materials 13 Mart 2012 12:01 (UTC +04:00)
İran öz xarici siyasətində qonşu ölkələrlə əlaqələrini inkişaf etdirməyi əsas prinsip kimi diqqət mərkəzində saxlayır.
XİN: Qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi İran üçün əsas prinsiplərdəndir

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir T.Cəfərov/

İran öz xarici siyasətində qonşu ölkələrlə əlaqələrini inkişaf etdirməyi əsas prinsip kimi diqqət mərkəzində saxlayır. Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında jurnalistin İran və Azərbaycan münasibətlərinə dair sualını cavablandırarkən deyib. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews.ir məlumat verir.

Mehmanpərəst deyib ki, İran qonşu ölkələrlə və regiondakı digər ölkələrlə əməkdaşlıqlarını davam etdirir.

"Region ölkələri arasında əməkdaşlıqlar nəticəsində bütün ölkələrin mənafeyi təmin oluna, regionda sabitlik və təhlükəsizlik əldə edilə bilər", - o bildirib.

Xəbər lenti

Xəbər lenti