...

Azərbaycanın müdafiə naziri İranın xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 13 Mart 2012 20:02 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bu gün İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb.
Azərbaycanın müdafiə naziri İranın xarici işlər naziri ilə görüşüb

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir D.Xatınoğlu/

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bu gün İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb. Bu barədə çərşənbə axşamı Trend IRNA-ya istinadən məlumat verir.

Görüş zamanı Salehi İranın Azərbaycanla münasibətlərin genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Bazar ertəsi Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyətinin İrana rəsmi səfəri başlayıb.

Xəbər lenti

Xəbər lenti