...

Qido Vestervelle: Azərbaycan Almaniya üçün əhəmiyyətli strateji tərəfdaşdır (FOTO)

Siyasət Materials 14 Mart 2012 23:52 (UTC +04:00)
Almaniya və Azərbaycan arasında yaxşı əməkdaşlıq mövcuddur, Trend-in məlumatına görə, bunu çərşənbə günü Almaniyanın xarici işlər naziri Gido Vestervelle Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Qido Vestervelle: Azərbaycan Almaniya üçün əhəmiyyətli strateji tərəfdaşdır (FOTO)

Azərbaycan, Bakı, 14 mart /Trend S. Ağayeva/

Almaniya və Azərbaycan arasında yaxşı əməkdaşlıq mövcuddur, Trend-in məlumatına görə, bunu çərşənbə günü Almaniyanın xarici işlər naziri Gido Vestervelle Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Almaniya KİV-lərində bu yaxınlarda Azərbaycan haqqında neqativ məqalələrin çıxmasına toxunan Vestervelle deyib ki, Almaniyada KİV azad və müstəqildir.

"Almaniyada Azərbaycan haqqında müxtəlif fikirlər var və ölkədə əksəriyyət Azərbaycanın nailiyyətlərini qiymətləndirir. Almaniya sonrakı demokratik proseslərdə də Azərbaycanı dəstəkləməyə hazırdır", - o deyib.

Gido Vestervelle Bakıda həmkarı ilə Suriyadakı vəziyyəti, İranın nüvə proqramını və Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

"Azərbaycan Almaniya üçün əhəmiyyətli strateji tərəfdaşdır. İki ölkə həm siyasi, həm də iqtisadi sahədə, xüsusilə enerji sektorunda uğurlu əməkdaşlıq edir", - Vestervelle deyib. Onun sözlərinə görə, məhz enerji sahəsində inkişaf üçün böyük potensial var.

"Almaniya Azərbaycana enerji resursları ilə zəngin və tranzit ölkə kimi baxır", - Almaniyanın xarici işlər naziri deyib.

"Azərbaycan və Almaniya BMT TŞ-nın üzvləri olaraq, Suriyada vəziyyət və İranın nüvə proqramı kimi əhəmiyyətli beynəlxalq məsələlərdə əməkdaşlıq edir", - Vestervelle deyib.

Onun sözlərinə görə, İranın nüvə proqramı məsələsi indi Almaniya üçün çox əhəmiyyətlidir.

"Biz istəməzdik ki, nüvə enerjisi silahlı qüvvələrdə istifadə edilsin" - xarici işlər naziri qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Almaniyanın xarici işlər naziri qeyd edib ki, bu məsələ Bakı danışıqlarında əhəmiyyətli yerlərdən birini tutub.

"Almaniya bu münaqişənin sülh yolu ilə həll olunmasını dəstəkləyir və hesab edir ki, regionda sabitlik bütün ölkələr üçün əhəmiyyətlidir", - Vestervelle deyib.

Vestervellenin səfəri çərçivəsində iki ölkə arasında Azərbaycan-Almaniya sənaye-Ticarət Palatasının yaradılması haqqında memorandum imzalanıb. Sənədi iki ölkənin xarici işlər nazirləri imzalayıb.

Xəbər lenti

Xəbər lenti