...

Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 15 Mart 2012 18:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 15 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Astara rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti