...

Pakistan Prezidenti aprelin sonlarında Azərbaycana səfər edəcək

Siyasət Materials 16 Mart 2012 10:28 (UTC +04:00)
Pakistan Prezidenti Asif Əli Zərdari apreldə Azərbaycana rəsmi səfər edəcək və səfər çərçivəsində Bakıda Azərbaycan-Pakistan bisnes forumunda iştirak edəcək.
Pakistan Prezidenti aprelin sonlarında Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 16 mart / Trend, müxbir E.Tariverdiyeva /

Pakistan Prezidenti Asif Əli Zərdari apreldə Azərbaycana rəsmi səfər edəcək və səfər çərçivəsində Bakıda Azərbaycan-Pakistan bisnes forumunda iştirak edəcək. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov məlumat verib.

"Gözlənildiyi kimi, Prezidentin səfəri iki ölkənin ticari-iqtisadi münasibətlərinə yeni təkan verəcək. İslamabadla Bakı arasında etibarlı siyasi və diplomatik münasibətlər möhkəm iqtisadi və kommersiya bağları ilə möhkəmləndiriləcək", - səfir qeyd edib.

Şikarovun sözlərinə görə, Prezident Zərdarini yüzdən artıq pakistanlı iş adamı müşayiət edəcək. Bakı biznes forumu Pakistanla Azərbaycan arasında diplomatik münasibətlərin 20 ili ərzində ilk belə tədbirdir.

"Forum iki dost və qardaş dövlət arasında ticarətin və investisiyaların inkişafına nəhəng təkan verəcək", - diplomat bildirib.

O qeyd edib ki, Azərbaycan hökuməti və xalqı Dağlıq Qarabağ məsələsindəki dəstəyə görə Pakistana minnətdardır.

Xəbər lenti

Xəbər lenti