...

ABŞ Azərbaycanda İranın xüsusi xidmət orqanlarının casuslarının həbsini alqışlayır

Siyasət Materials 16 Mart 2012 16:59 (UTC +04:00)
ABŞ Azərbaycanın təhlükəsizlik qüvvələrinin İran İslam İnqilabının Mühafizəçiləri Korpusu (SEPAH) ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşlarının həbsi ilə bağlı uğurunu alqışlayır.
ABŞ Azərbaycanda İranın xüsusi xidmət orqanlarının casuslarının həbsini alqışlayır

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.Mehdiyev/

ABŞ Azərbaycanın təhlükəsizlik qüvvələrinin İran İslam İnqilabının Mühafizəçiləri Korpusu (SEPAH) ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşlarının həbsi ilə bağlı uğurunu alqışlayır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı işlər müvəkkili Adam Sterlinq bildirib.

"Biz bilirik ki, həmin şəxslər təhlükəli planların hazırlanmasına görə həbs olunublar və çox şadıq ki, Azərbaycanın təhlükəsizlik qüvvələri bu əməllərin qarşısını alıblar", - Sterlinq deyib.

Onun sözlərinə görə, ABŞ hökuməti təhlükəsizlik məsələləri üzrə Azərbaycanla birlikdə çalışır.

Xatırladaq ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin apardığı xüsusi əməliyyat nəticəsində 22 nəfərdən ibarət qrup aşkar edilərək saxlanılıb. Onlar SEPAH-ın tapşırığı ilə casusluq fəaliyyətində ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti