...

İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

Siyasət Materials 16 Mart 2012 18:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 16 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İsmayıllı rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti