...

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları təltif olunublar

Siyasət Materials 16 Mart 2012 19:16 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları təltif olunublar

Azərbaycan, Bakı, 16 mart /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə və miqrasiya orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilsinlər:

Dayızadə Jalə Xamis qızı
Əliyev Əfqan Akif oğlu
Kərimov Rahib Əhməd oğlu
Qəhramanov Vahid Vaqif oğlu
Məmmədov Səbuhi Yaqub oğlu
Salmanov Nazim Ablağa oğlu
Şıxıyev Emin Xasay oğlu
Tağıyeva Şəfəq Afiq qızı

Xəbər lenti

Xəbər lenti