...

Azərbaycanın səfiri İranın Xarici İşlər Nazirliyinə çağrılıb

Siyasət Materials 18 Mart 2012 10:52 (UTC +04:00)
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov şənbə günü İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağrılıb.
Azərbaycanın səfiri İranın Xarici İşlər Nazirliyinə çağrılıb

Azərbaycan, Bakı, 18 mart / Trend /

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov şənbə günü İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağrılıb. Trend-in məlumatına görə, bu barədə bazar günü İranın İRNA agentliyi xəbər verir.

Axundova bir sıra şəxslərin SEPAH-ın tapşırığı ilə casusluq fəaliyyətində ittiham olunmasına qarşı etiraz ünvanlanıb.

Səfir bildirib ki, İranın reaksiyasını Azərbaycan hökumətinə ünvanlayacaq.

Xatırladaq ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin apardığı xüsusi əməliyyat nəticəsində 22 nəfərdən ibarət qrup aşkar edilərək saxlanılıb. Onlar SEPAH-ın tapşırığı ilə casusluq fəaliyyətində ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti