...

"Siyasi partiyalar haqqında" qanun layihəsinin gələn ay Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir

Siyasət Materials 19 Mart 2012 13:23 (UTC +04:00)
"Siyasi partiyalar haqqında" qanun layihəsinin aprel-may aylarında Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.
"Siyasi partiyalar haqqında" qanun layihəsinin gələn ay Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir M.Əliyev/

"Siyasi partiyalar haqqında" qanun layihəsinin aprel-may aylarında Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir. Trend-in məlumatına görə, bunu Milli Məclis Aparatının sədri Səfa Mirzəyev bazar ertəsi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qanun layihəsi hazırdır.

"Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanun layihəsində partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulur. Qanun layihəsində partiya yaratmaq üçün minimum 5000 imzanın toplanılması təklif olunur.

Qanun layihəsi Venesiya Komissiyasında müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti