...

Milli Məclisin sədri MDB PA-nın 20 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək

Siyasət Materials 19 Mart 2012 15:15 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti MDB PA-nın 20 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Milli Məclisin sədri MDB PA-nın 20 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti MDB PA-nın 20 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Trend-in məlumatına görə, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bu barədə bazar ertəsi jurnalistlərə bildirib.

Qazaxıstanın Almatı şəhərində keçiriləcək bayram tədbirlərində millət vəkillərindən Arif Rəhimzadə, Rüfət Quliyev, Hacı Salayev, Rauf Əliyev, həmçinin Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edəcək.

Səfər çərçivəsində Oqtay Əsədovun tədbirdə iştirak edən ölkələrin nümayəndə heyətinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Görüşlərdə MDB PA-nın bu günü, qurum çərçivəsində əlaqələrin gələcək inkişafı, təşkilata üzv dövlətlərin qanunverici orqanları səviyyəsində münasibətlərin dərinləşməsi, təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti