...

Amerika-Yəhudi Komitəsi ABŞ və İsrail səfirliklərinə hücumun qarşısının alınmasına görə Azərbaycana minnətdardır

Siyasət Materials 19 Mart 2012 17:34 (UTC +04:00)
Amerika-Yəhudi Komitəsi (AJC) ABŞ və İsrail səfirliklərinə hücum təşkil etmək məqsədilə sui-qəsdin qarşısının alınmasına görə Azərbaycana minnətdarlığını bildirib.
Amerika-Yəhudi Komitəsi ABŞ və İsrail səfirliklərinə hücumun qarşısının alınmasına görə Azərbaycana minnətdardır

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Tarıverdiyeva/

Amerika-Yəhudi Komitəsi (AJC) ABŞ və İsrail səfirliklərinə hücum təşkil etmək məqsədilə sui-qəsdin qarşısının alınmasına görə Azərbaycana minnətdarlığını bildirib. Trend-in məlumatına görə, bu barədə komitənin bazar ertəsi rəsmi saytında dərc edilən məlumatda deyilir.

Məlumatda bildirilir ki, bu, İranla əlaqəli olan terrorçuların bu il ərzində ölkədə terror aktlarını planlaşdırdıqlarına görə həbs edilməsi ilə bağlı ikinci haldır.

"Biz təşəkkür edirik ki, Azərbaycan qonşu İranın region üçün yaratdığı təhdidi dərk və xəbərdar edir və Tehranın və onun Bakı küçələrində terror aktları törətməyi planlaşdıran etibarlı şəxslərinin cəhdlərinin qarşısını almaq niyyətindədir", - AJC-nin icraçı direktoru Devid Harris deyib.

Amerika-Yəhudi Komitəsinin nümayəndələri bu yaxınlarda Bakıda və Davosda Azərbaycanın rəsmi şəxsləri ilə görüşərək ölkənin İsrail və ABŞ ilə sıx əlaqələrinə, eləcə də yəhudi icmasının Azərbaycanda gözəl yaşayışına görə minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti