...

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupunun üzvlərinin sayı artıb

Siyasət Materials 22 Mart 2012 03:02 (UTC +04:00)
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna yeni konqresmenlər qoşulmuşdur.
ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupunun üzvlərinin sayı artıb

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir E. Əliyev/

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupuna yeni konqresmenlər qoşulub. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Belə ki, 2012-ci ilin 21 mart tarixində Con Dankın (John Duncan, Jr, R-TN), 22 mart tarixində isə Ralf Hol (Ralph Hall, R-TX) ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupuna üzv olublar. Beləliklə, ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupunun üzvlərinin sayı 45-ə çatıb.

Xəbər lenti

Xəbər lenti