...

İran Prezidenti Novruz bayramı keçirilən ölkələrin dövlət başçılarını təbrik edib

Siyasət Materials 27 Mart 2012 13:17 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bu gün Novruz bayramını qeyd edən ölkələrin dövlət başçılarını və xalqlarını təbrik edib. Trend-in məlumatına görə, bu barədə İranın IRNA agentliyi xəbər yayıb.
İran Prezidenti Novruz bayramı keçirilən ölkələrin dövlət başçılarını təbrik edib

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad bu gün Novruz bayramını qeyd edən ölkələrin dövlət başçılarını və xalqlarını təbrik edib. Trend-in məlumatına görə, bu barədə İranın IRNA agentliyi xəbər yayıb.

Təbrikdə bildirilir ki, BMT Baş Assambleyasında 21 martın Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi ilə bağlı qərarın qəbul olunması dünyada sülhün və dostluğun inkişafına təkan verib və verəcək.

Əhmədinjead Novruz bayramını qeyd edən ölkələrlə İranın əlaqələrinin inkişafının zəruriliyini vurğulayıb və həmin ölkələrin xalqına sağlamlıq, əmin-amanlıq və müvəffəqiyyət arzu edib.

Azərbaycanın təşəbbüsü ilə 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyası 21 martın Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti