...

İrandan Ermənistana daha bir jest: Birgə beynəlxalq vəhşi təbiət parkı yaradılır

Siyasət Materials 27 Mart 2012 13:31 (UTC +04:00)
İran Ermənistanla birlikdə Nurduz sərhəd zonasında beynəlxalq vəhşi təbiət parkı təsis edəcək. Bunu İranın Araz azad iqtisadi zonasının rəhbəri Sadiq Nəcəfi deyib.
İrandan Ermənistana daha bir jest: Birgə beynəlxalq vəhşi təbiət parkı yaradılır

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.Cəfərov/

İran Ermənistanla birlikdə Nurduz sərhəd zonasında beynəlxalq vəhşi təbiət parkı təsis edəcək. Bunu İranın Araz azad iqtisadi zonasının rəhbəri Sadiq Nəcəfi deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.

Nəcəfi bildirib ki, bu layihə regiondakı vəhşi təbiəti tanıtmaq məqsədi ilə həyata keçiriləcək. "Layihənin icrasına yaxın gələcəkdə başlanılacaq. İran və Ermənistan ərazisində təsis olunacaq vəhşi təbiət parkında bitkilər və heyvanlar saxlanılacaq", - Nəcəfi deyib.

Artıq İranın Ekologiya və Ətraf Mühitin Qorunması Təşkilatı və Araz azad iqtisadi zonasının nümayəndələri parkın salınacağı əraziyə baxış keçiriblər.

Xəbər lenti

Xəbər lenti