...

Keçmiş XİN rəhbəri: Ermənistan əhalisi gələcəyə inamını itirdiyinə görə ölkəni tərk edir

Siyasət Materials 27 Mart 2012 17:35 (UTC +04:00)
Ermənistan əhalisi gələcəyə inamını itirdiyinə, ədalətsizlikdən yorulduğuna görə ölkəni tərk edir.
Keçmiş XİN rəhbəri: Ermənistan əhalisi gələcəyə inamını itirdiyinə görə ölkəni tərk edir

Azərbaycan, Bakı, 27 mart /Trend/

Ermənistan əhalisi gələcəyə inamını itirdiyinə, ədalətsizlikdən yorulduğuna görə ölkəni tərk edir. Trend-in Ermənistan KİV-lərinə istinadən yaydığı məlumata görə, bu barədə "Çiçəklənən Ermənistan" partiyasının VI qurultayında çıxışı zamanı Ermənistanın sabiq xarici işlər naziri, adıçəkilən partiyanın üzvü Vardan Oskanyan bildirib.

"Mayda keçiriləcək parlament seçkiləri Ermənistan üçün taleyüklü olacaq. Belə ki, ölkə qarşısında dayanan iki problemi - iqtisadi vəziyyət və Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır", - Oskanyan deyib.

O qeyd edib ki, Milli Statistika Xidmətinin məlumatına əsasən, Ermənistanda iki milyondan çox insan yaşayır. "Bu o deməkdir ki, biz üç milyonluq əhalisi olan dövlətə malik psixoloji həddən geri çəkilmişik. Əgər ölkədə hökm sürən sosial-iqtisadi vəziyyət və mənəvi psixoloji mühit yaxın vaxtlarda dəyişməzsə, mühacirət davam edəcək. İnsanlar niyə gedirlər? Onlar gələcəyə ümidlərini itirdiklərinə, ədaləstsizlikdən yorulduqlarına, inamlarını itirdiklərinə görə gedirlər", - Oskanyan əlavə edib.

Keçmiş XİN rəhbəri bildirib ki, vəziyyəti dəyişdirmək üçün Konstitusiyanı dəyişmək və ya yeni qanunlar yazmaq lazım deyil. Bunun əvəzinə siyasi iradə göstərmək və mövcud qanunları və Konstitusiyanı həyata keçirmək lazımdır. Demokratiyanın əsas prinsiplərinə riayət etmək uğurun və ölkənin inkişafının yeganə yoludur.

"Çiçəklənən Ermənistan" partiyasının yaxın 5 il müddətində əsas istiqaməti azad, rəqabətli iqtisadiyyat, yeni iş yerlərinin yaradılması və layiqli həyatın təmin edilməsidir. Ədalətli dövlətə yegənə yol belədir", - Oskanyan bildirib.

Xəbər lenti

Xəbər lenti